İran İraq Kürdüstanı ilə əlaqələrini bərpa etməyə başlayıb

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 13:24

default

Artıq İran tərəfi bu gündən etibarən İraq kürdlərinin referendumuna etiraz olaraq bağladığı İraqın kürdlər yaşadığı əyaləti ilə həmsərhəd bölgəsindəki “Başa-Maq” sərhəd-keçid məntəqəsini açıb.

Gununsesi.info SHAFAQ News portalına istinadən xəbər verir ki, “Başa-Maq” sərhəd keçid məntəqəsi 10 gün fasilədən sonra yenidən fəaliyyətini bərpa edib. Bu sərhəd keçid məntəqəsi İraqın Süleymaniyyə şəhəri ilə yaxınlıqdadır.

Referenduma etiraz olaraq İran İraq Kürdüstanı ilə həmsərhəd bölgədə olan “Pervez-xan”, “İlhah-Umran” və “Başa-Maq” sərhəd keçid məntəqələrini bağlamışdı.

Portal sərhəd-keçid məntəqsinin adi qaydada fəliyyətə başladığını bildirsə də, İran tərəfi bu məlumatı təkzib edib.

Qeyd edək ki, İraqın baş naziri Heydər Əl Abadi bu gün Ankaraya və oradan da Tehrana səfər edəcək. Səfər zamanı İraq Kürdüstanında referendumdan sonra yaranmış durum müzakirə olunacaq.

Gununsesi.info