İran İraq Kürdüstanı ilə quru sərhədini bağlayıb

  • By admin
  • 15 Oktyabr 2017 11:20

06f6990f-f4fd-4246-9f89-e80a91ea3c70
İran İraq kürd muxtariyyəti ilə quru sərhədini bağlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü “Al Mayadin” telekanalı məlumat yayıb.
Tehrandan məsələ ilə bağlı rəsmi təsdiq hələlik yoxdur.
Bundan əvvəllər İslam Respublikası İraq Kürdüstanı ilə müstəqillik haqqında referenduma cavab olaraq hava sərhədini bağlamışdı.

Gununsesi.info