İran öz kriptovalyutasını yaradacaq

İran öz kriptovalyutasını yaradacaq

İran hökuməti milli kriptovalyuta yaratmağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin informasiya texnologiyaları və rabitə naziri Məhəmməd Azəri Cəromi deyib.

Nazir bildirib ki, kriptovalyutanın yaradılması layihəsi İranın Poçt Bankı tərəfindən həyata keçiriləcək. Yaxın zamanlarda kriptovalyuta üçün platforma yaradılması məqsədilə tender elan ediləcək.

Bir müddət əvvəl İran Məkəzi Bankı bitkoini legitim valyuta kimi tanımaqdan imtina etmişdi.

İran öz kriptovalyutasını yaradacağı təqdirdə, bu addımı atan ikinci ölkə olacaq.

Qeyd edək ki, fevral ayında Venesuela petro adlanan öz kriptovalyutasını dövriyyəyə buraxmışdı.

Gununsesi.info

COMMENTS