İran tankerlərinin təqibi ilə bağlı ABŞ-a xəbərdarlıq etdi

  • By admin
  • 17 May 2020 20:19

İranın Xarici İşlər Nazirliyi rəhbərinin müavini Abbas Araqçı İslam respublikasında ABŞ-ın maraqlarını təqdim edən İsveçrə səfirini nazirliyə çağırıb və rəsmi Vaşinqtona Venesuelaya gedən İran tankerlərinin təqib olunması ilə bağlı xəbərdarlıq edib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.

Bundan başqa, İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif də BMT baş katibi Antoniu Quttereşə məktub göndərib. Nazir vurğulayıb ki, “ABŞ beynəlxalq hüquqa, xüsusi halda gəmiçiliyin azadlığına hörmət etməlidir”.

 

Gununsesi.org