
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi təcili olaraq Ankaraya gedəcək.
Gununsesi.info xəbər verir ki, İran XİN başçısı ilk olaraq İranın Ankaradakı səfirliyinə gedəcək, ondan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüşdə ilk olaraq Tehranda baş verən terror olayı, o cümlədən Yaxın Şərqdə yaranmış son durum, xüsusən Qətər ətrafına yaranmış vəziyyət, həmçinin Suriyadakı durum müzakirə olunacaq, eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulacaq.
Bunun ardınca isə iranlı nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb Yaxın Şəqrdə baş verən son olayları, Tehrandakı terror hadisələrini dəyərləndirəcəklər.
Gununsesi.info












