İran yeni aviasiya bombalarını sınaqdan keçirdi

  • By admin
  • 31 Oktyabr 2017 20:50

İranın Hərbi-Hava Qüvvələri İsfahan əyalətində idarəolunan aviasiya bombalarını sınaqdan keçirib.

Gununsesi.info xəbər verir ki, sınaqlar iki gün davam edəcək hərbi təlimlər zamanı keçirilib.

Qeyd olunur ki, F-7 təyyarələri İran istehsalı olan uzaq məsafəli bombalar buraxıb. 226 kiloqramlıq idarəolunan bombalar şərti hədəfləri uğurla məhv edib.

Gununsesi.info