“İrana hücuma görə məsuliyyəti İsrail daşıyır”

“İran Müdafiə Nazirliyinin obyektlərinə hücumlara görə məsuliyyəti İsrail daşıyır”.

Gununsesi.info  “ISNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvaninin təşkilatın Baş katibinə və BMT-nin Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda deyilir.

“İlkin araşdırmanın nəticələrinə görə, Müdafiə Nazirliyinin İsfahan şəhərindəki obyektlərinə hücuma görə məsuliyyəti İsrail daşıyır”, – deyə İrəvani qeyd edib.

Xatırladaq ki, yanvarın 28-i İran Müdafiə Nazirliyinin hərbi-sənaye obyektlərinə dronlarla zərbələr endirilib. Xarici mediada hücumların İsrail tərəfindən endirildiyini iddia edən məlumatlar dərc olunsa da, İsrail bu məsələ ilə bağlı açıqlama verməyib. İran isə öz növbəsində İsrailə xəbərdarlıq edərək “alovla oynamaq lazım deyil” təhdidləri səsləndirib.

Gununsesi.info