İrana qarşı yeni sanksiyalar

  • By admin
  • 15 İyul 2016 11:44

amerika

 

Gununsesi.info-nun məlumatına görə, ABŞ Nümayəndələr Palatası İrana ballistik raket istehsalını davam etdiridiynə görə yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib. Digər qanun isə İran hökumətinin və banklarının ABŞ maliyyə sisteminə və dollara çıxışını qadağan edir.

Palata qanunları iyulun 14-də qəbul edib. Məqsəd ABŞ Administrasiyasının bir illiyini qeyd etdiyi nüvə sazişinə zərbə vurmaqdır.

Obama bu qanunlara veto qoyacağını bildirib. Daha biri isə iyulun 13-də qəbul olunub, ABŞ-ın İrandan ağırlaşdırılmış su almasını qadağan edir.

Gununsesi.info