İranda 141 min insan koronavirusa yoluxub

  • By admin
  • 27 May 2020 16:09

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 56 nəfər vəfat edib.

Bu barədə Gununsesi.org worldometers.info-ya istinadən xəbər verir.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 7 564 nəfərə çatıb. Son sutka ərzində koronavirusa 2 080 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 141 591 nəfərə çatıb. İndiyədək ölkədə xəstəlikdən 111 176 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 551 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Gununsesi.org