İranda 30 minə yaxın insan koronavirusa yoluxub

  • By admin
  • 26 Mart 2020 16:35

İranda yeni koronavirus (COVID19) daşıyıcılarının sayı 29 406 nәfәrә çatıb.

Gununsesi.org Trend-ə istinadən məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusa 2 389 nəfәr yoluxub.

Cahanpur әlavә edib ki, ötәn sutkada 157 nәfәrin bu virus nәticәsindә ölmәsi öz tәsdiqini tapıb. Belәliklә, İranda koronavirusun yeni növünün yayılması nәticәsindә 2 234 nәfәr ölüb. Tәxminәn 2 746 nәfәrin vәziyyәti ağır qiymәtlәndirilir.

 Nazirlik rәsmisi 10 457 nәfәrin müalicә olunaraq sağaldığını deyib.

Cahanpur bildirib ki, İranda 50,8 milyon nәfәr koronavirus testindәn keçib.

Gununsesi.org