İranda atışma baş verib: Dörd nəfər yaralanıb - VİDEO

  • By admin
  • 15 Fevral 2023 11:48

Ötən gecə İranın İlam əyalətinin Dehloran şəhərində etirazçılarla hökumətə bağlı Bəsic qüvvələri arasında silahlı qarşıdurma meydana gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bildirilib ki, xalqa divan tutan yarımhərbi və radikal Bəsic qüvvələri aksiya keçirmək istəyən gənclərə atəş açıblar. Azadlıqsevərlər qarşı tərəfə atəşlə cavab veriblər. Atışma nəticəsində iki gənc və rejimin iki muzdlusu yaralanıb.

Gununsesi.info