İranda dəhşət böyüyür:  230 nəfər...

  • Müəllif: admin
  • 01 İyul 2018 19:12


İranda 65 nəfər içməli sudan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə Xuzistan Təcili Tibbi Yardım mərkəzinin rəhbəri Şəhriyar Mirxəşti “İrna” agentliyinə açıqlamasında deyib.

O bildirib ki, zəhərlənənlərdən 14-ü xəstəxanada nəzarət altında saxlanılır. Ş.Mirxəşti içməli suyun çirkli olmasının kütləvi zəhərlənməyə səbəb olduğunu ehtimal edərək məsələnin araşdırıldığını bildirib.

Qeyd edək ki, İranda yağış və su ehtiyatlarının azalması səbəbindən bir müddətdir su böhranı yaşanır.

***

İranın Xuzistan əyalətində sudan zəhərlənənlərin sayı 230-a çatıb.

Bu barədə yerli xəbər portallarına danışan Ramhürmüz mahalının vəkili Qasım Necad məsələ ilə bağlı istintaq başladıldığını açıqlayıb.

Gununsesi.info