İranda dəhşətli qəza: 49 yaralı

  • By admin
  • 16 Sentyabr 2017 16:00

qeza1
İranda sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində ən azı 49 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, Gərmsar şəhəri yaxınlığında, Məşhəd-Şəhriyar istiqamətində hərəkət edən sərnişin avtobusu qarşıdan gələn, istehsal şirkətinin fəhlələrini daşıyan mikroavtobusla toqquşub.

Toqquşma nəticəsində yaralanan 49 nəfərdən 44-ü ilkin müalicə alandan sonra evə buraxılsa da, 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

 

Gununsesi.info