İranda edam qərarları: Mühakimə edilənlərə müdafiəsi üçün 15 dəqiqə vaxt verilir

  • By admin
  • 16 Yanvar 2023 14:30

7 yanvarda edam edilən 22 yaşlı Məhəmmədin hekayəsi və mühakimə prosesi İranda ittihamların və edam cəzalarının əməllərə qarşı necə istifadə edildiyini də gözlər önünə sərir.

Gununsesi.info xarici mətbuata istinadən həmin məhkəmə prosesləri ilə bağlı yazını sizə təqdim edir.

İranda Məhza Əmininin əxlaq polisi tərəfindən nəzarət altındaykən ölməsindən sonra başlayan etirazlara qatılanlar edam təhdidi ilə qarşı-qarşıyadırlar.

İran İnsan Haqları Etirazçıları Xəbər Agentliyinin (HRANA) məlumatına görə indiyədək 22 nəfər əməlləri ilə bağlı edam cəzası aldı. 4 nəfərin edamı tamamlandı.

Son olaraq 7 yanvarda 22 yaşlı karate çempionu Məhəmməd Mehdi Karami edam edildi.

BBC Farsca Xidmətinin xəbərinə görə, Məhəmmədə özünü müdafiə etmək üçün 15 dəqiqədən az vaxt verildi.

Nəzarət altında alındıqdan 65 gün sonra edam edilən Məhəmmədin bu cəzaya çatdırılması İranda avtoritarların etirazçıları çəkindimək üçün məhkəmələri necə istifadə alətinə döndərdiyini ortaya qoyur.

Son olaraq İngiltərə üçün casusluq etməkdə ittiham edilən keçmiş müdafiə nazirinin köməkçisi Əli Rza Əkbərinin edam edilməsi dünyadan təpkilər topladı və bir çox ölkə tərəfindən qınandı.

“Casuslua” suçlaması və etiraz əməlləri arasında bir əlaqə olmasa da, Əkbərinin hücrə cəzasına çatdırılması və zorən “günahını etiraf etməsi” digər etirazçıların yaşadıqlarına bənzəyir.

“Anama bir şey söyləmə”

Edam edilən 22 yaşlı Məhəmməd Mehdi Tehran yaxınlarındakı Kərəcdə yarımhərbi Bəsic qüvvələrinin üzvü olan bir təhlükəsizlik işçisinin öldürülməsi ilə bağlı saxlanılmışdı.

Olayla bağlı ittiham edilən 16 nəfərdən birisi idi. Bütün şübhəlilər 3 gün boyunca Kərəcdəki məhkəmədə mühakimə edildi.

Jurnalistlərin və suçlananların ailəsindən kimsənin məhkəməni izləməsinə icazə haqqı tanınmır. Məhkəmələrdən nələr yaşandığına dair görüntü yetkililərin düzərək yayımladığı bir video olur.

Bu məhkəmə toplantısından yayımlanan videoda Məhəmməd Mehdi narahat görünür. Təhlükəsizlik işçisinin başına daşla vurduğunu etiraf edir. Məhkəmənin bu davam üçün təyin etdiyi vəkil bununla bağlı bir etiraz etmədən Məhəmmədi əfv etməsini istəyir. Məhəmməd isə “qandırıldığını” söyləyib yerinə oturur. Sonra isə ölüm cəzası verilir.

Normalda ailə üzvləri səssiz qalma basıqısına məruz buraxılır. Ancaq Məhəmmədin atası jurnalistlərə açıqlama verib. “Etemad” qəzetinə müsahibəsində Maşallah Karami göz yaşları içində oğlunun ona zəng etdiyini söyləyir. “Ata, cəzamı açıqladılar, mənimki edamdır. Anama bir şey söyləmə”, deyib.

Atası Məhəmmədin günahsız olduğunu söyləyir.

Sonra 1500 işarəlik bir yazı ilə anonim hesab Məhəmmədin işgəncəyə uğraması ilə bağlı bilgilər paylaşır. İşgəncələr zamanı onun özündən getməsi də vurğulanır.

Məhkəmə prosesi necə işləyir? 

İranda məhkəmələrdən birinin verdiyi edam cəzası Apellyasiya Məhkəməsinə göndərilir. Üst məhkəmə qərarı təsdiqlərsə belə, buna etiraz edilə bilinir.

Məhəmmədin atası dövlətin verdiyi vəkillə bir neçə dəfə əlaqə qurmağa çalışdığını söyləsə də, cavab ala bilmədiyini vurğulayır.

Ailə İranın önəmli insan haqları vəkillərindən biri olan Hüseyin Ağası ilə təmasa keçir.

Ağasi Məhəmmədin onu həbsxanadan 3 dəfə zəng edərək axtardığını söyləyir. “Ailəsi də eyni xahişi etdi”, deyir.

Vəkil yerli məhkəməyə və üst məhkəməyə müraciət etsə də, bu istəkləri rədd edilir.

Müdafiəsiz buraxılan “cinayətkarlar”

Kərəcdə edam edilən Məhəmməs Hüseyni də bənzər məhkəmə prosesindən keçib.

Ailəsi həyatda olmadığı üçün “Hər birimiz Məhəmmədin ailəsiyik” sloqanını işlədir.

Digər tərəfdən, Məhəmməd Hüseyni müstəqil bir vəkillə özünü müdafiə etməyi bacarıb.

Vəkil Əli Şərifzadə onu cəza evində ziyarət edərək bu Tvit-ləri atıb:

“Səfər boyunca ağladı. İşgəncəyi anlatdı, əlləri bağlı şəkildə döyüldüyünü, gözlərinin bağlandığını, başına təpik vurulduğunu və şüurunu itirdiyini söylədi”.

Vəkil Şərifzadə “Günah işləndiyinə dair dönük etiraflar işgəncə altında alındı və hüquqi keçərliliyi yoxdur”, deyir.

Ancaq yola düşdükdə Məhəmmədin asılaraq edam edildiyini öyrənir.

Sonra vəkilin özü də nəzarət altına alınır, ancaq girov qarşılığında sərbəst buraxılır.

İnsan haqları təşkilatları zorla alınmış “etiraflara” toxunaraq buna etiraz edirlər.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info