Güney Azərbaycanın əksər şəhərlərində olduğu kimi, Marağa şəhərinin yük maşını sürücüləri də Məclis meydanına toplaşaraq, etiraz aksiyası keçiriblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
“Marağalı yük maşını sahibləri məsullardan sığorta haqlarının artırılması, yük daşıma xidmətinin ucuz olması və maşının ehtiyat hissələrinin baha olması məsələlərinə baxılmasını tələb ediblər” – məlumatda qeyd olunub.
Sürücülərin maşınları ilə birlikdə Məclis meydanına toplaşdığı bildirilib.
Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz səbəblərdən dolayı bir neçə gündür Güney Azərbaycanın Təbriz, Ərdəbil, Həmədan, Qəzvin, Sulduz, Qoşaçay, Tikantəpə, Azərşəhr (Tufarqan) və s. kimi şəhərlərində etiraz aksiyaları keçirilir.