İranda güclü zəlzələ olub

  • By admin
  • 21 Mart 2018 22:05


İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Bəndər-Abbas şəhərindən 58 km şimal-şərqdə, 40 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat daxil olmayıb.

Gununsesi.info