İranda koronavirusa yoluxanların sayı 262 173 nəfərə çatıb

  • By admin
  • 14 İyul 2020 14:20

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 179 nəfər vəfat edib.

Gununsesi.org-un məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 13 211 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 521 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 262 173 nəfərə çatıb.

Qeyd edək ki, koronavirusa görə İranın 25 əyalətində “qırmızı” təhlükə səviyyəsi elan olunub.

 

 

Gununsesi.org