İranda koronavirusun yayılmasının “ikinci dalğası” gözlənilir

  • By admin
  • 26 Mart 2020 15:59

İranda ölkə daxilində səyahət qadağan edilib.

Gununsesi.org İrinn.ir-ə istinadən xəbər verir ki, bu barədə İran Koronavirusla Mübarizə Milli Qərargahının nümayəndəsi Hüseyn Zülfiqari açıqlama verib.

Mövcud tədbirlər İranda koronavirusun yayılmasının “ikinci dalğası” ehtimalı ilə həyata keçirilir.

Zülfiqari bildirib ki, dövlət bütün sərnişin daşımalarında məhdudiyyət tətbiq edib.

Bu məhdudiyyətlərin yük daşınması, təcili yardım, hüquq-mühafizə vasitələri və yanğınsöndürənlərə şamil edilmədiyi qeyd olunur.

Gununsesi.org