
Bu gün İranın Buşir əyalətində neft yatağında yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində ən azı 4 nəfər ölüb.
Yanğın baş verən neft yatağı Omidiye və Bəndər-Deylem şəhərləri arasında yerləşir. Yanğının söndürülməsinə bir neçə vertolyot da cəlb edilib.
Yanğının səbəbi araşdırılır.
Qeyd edək ki, bu, son 3 gündə İranın neft obyektlərində baş verən ikinci yanğındır. Oktyabrın 27-də Tehranda neft emalı zavodunda partlayışla müşayiət olunan yanğın baş verib, 6 nəfər ölüb.
Gununsesi.info












