İranda polis 230 gənci saxlayıb - SPİRTLİ İÇKİYƏ GÖRƏ

  • Müəllif: admin
  • 22 Dekabr 2017 19:12

İranda polis 230 gənci saxlayıb

Gununsesi.info xəbər verir ki, buna səbəb gənclərin məclislərdə spirtli içki qəbul etmələridir.

140 nəfər Tehranın ucqar ərazilərində yerləşən parkda saxlanılıb. Baxış zamanı onların üzərindən spirtli içkilərlə yanaşı psixotrop maddələr aşkarlanıb.

Daha 90 nəfər paytaxtın digər rayonunda ələ keçib. Onlar spirtli içki qəbul etməklə yanaşı rəqs ediblər.

Qeyd edək ki, İranda spirtli içkilərin istehsalı və satışı qadağandır.

Gununsesi.info