İranda qar uçqunu: 12 nəfər can verdi – FACİƏ

  • By admin
  • 28 Dekabr 2020 17:27

İranda qar uçqununda ölənlərin sayı 12 nəfərə çatıb.

 

Gununsesi.org APA-ya istinadən bildirir ki, Tehranın şimalında bir neçə gün öncə baş vermiş qar uçqunu ilə bağlı xilasetmə işləri başa çatıb. Dövlət televiziyasının dekabrın 27-də bildirməsinə görə, qar çovğunundan sonra dörd ayrı uçqunda 12 nəfər həlak olub. İtkin düşdüyü bildirilən 14 nəfər isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən xilas edilib.

Axtarış- xilasetmə işləri üç gün çəkib, vertolyotlarla birlikdə 20 komanda işlərə cəlb olunub.

Gununsesi.org