İranda qırıcı qəzaya uğradı

  • Müəllif: admin
  • 11 İyul 2018 15:06

İranın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı qəzaya uğrayıb.

Gununsesi.info TASS agentliyinə istinadla xəbər verir ki, hadisə İranın cənub-şərqində baş verib.

F-4 döyüş təyyarəsi Çexbexar ərazisində yerə çırpılıb. Qırıcının pilotları katapult etməyə nail olublar.

Hadisəyə texniki nasazılığın səbəb olduğu deyilir.