İranda saxta içkidən ölənlərin sayı 255-ə çatdı

  • By admin
  • 25 Mart 2020 21:23

İranda koronavirusdan qorunmaq məqsədilə saxta içkidən istifadə edən və zəhərlənərək həyatını itirənlərin sayı 255-ə çatıb.

Gununsesiaz.info “İRNA”ya istinadən xəbər verir ki, Fars ostanının Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd Cavad Muradiyan spirt zəhərlənməsi səbəbilə xəstəxanaya müraciət edənlərin sayının martın 6-dan etibarən 592-yə yüksəldiyini söyləyib:

“Alkoqolun koronavirusun müalicəsində təsirli olduğu barədə yayılan şayiələrə görə bir çox insan xəstəxanalara müraciət edib. Xəstəxanaya müraciət edənlərin 72-si zəhərlənmə səbəbindən həyatını itirib”.

 

 

 

Gununsesiaz.info