İranda sel 3 nəfərin canını aldı

  • By admin
  • 18 Yanvar 2020 21:36

İranın cənub- şərqindəki Sistan-Bəluçistan əyalətində davam edən sel nəticəsində 3 nəfər həlak olub. 

Gununsesi.org xəbər verir ki, sel fəlakəti 9 yanvardan etibarən davam edir. Fəlakət nəticəsində 400 kənd su altında qalıb.

20 mindən artıq ev sel nəticəsində yararsız hala düşüb. İnsanlar 7 gündür ki, evlərindən kənarda yaşayırlar.

Bölgədə yollar bağlı olduğundan helikopterlər vasitəsilə insanlara yardımlar aparılır.

 

Gununsesi.org