İranda yoluxma rekord həddə çatıb

  • By admin
  • 06 Mart 2020 17:08

“Gün ərzində 1234 yoluxma faktı aşkarlanıb. Bu, rekorddur”

Gununsesi.org xəbər verir ki, bu barədə İran Səhiyyə nazirinin müşaviri Kianuş Cahanpur açıqlama verib. Bununla kronavirusa ümumi yoluxanların sayı 4747-ə çatıb. O, bunu virusa görə yoxlamadan keçmək üçün yaradılan mərkəzlərin sayının artması ilə əlaqələndirib. Son 24 saat ərzində ölənlərin sayı 17 nəfər olmaqla, ümumilikdə 124 nəfər xəstəlikdən həyatını itirib.

Qeyd edək ki, yoluxma və ölüm hallarına görə İran Covid-19 xəstəliyindən ən çox təsir görən ölkələrdəndir.

Gununsesi.org