İranda zəlzələ baş verib

  • Müəllif: admin
  • 03 Fevral 2018 08:55

İranın mərkəzi bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Ravar şəhərindən 65 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Gununsesi.info