İranda zəlzələ baş verib

  • Müəllif: admin
  • 16 Noyabr 2017 08:10

İranın qərbində 4,0 və 3,8 bal gücündə ardıcıl iki zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, ilk zəlzələnin episentri İranın Kermanşah şəhərindən 17 km şimal-qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.

İkinci zəlzələnin episentri Sarpol-e-Zahab şəhərindən 32 km şimal şərqdə, ocağı 8 km dərinlikdə yerləşib.

Noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində azı 530 nəfər ölüb, 7,5 minə yaxın insan xəsarət alıb.

Gununsesi.info