İrandakı aksiyalarda ölənlərin sayı artdı

  • Müəllif: Firuzə
  • 05 Yanvar 2026 11:38

İranda iqtisadi böhran fonunda keçirilən etiraz aksiyaları davam etdirilir.

Gununsesi.info “Iran International” portalına istinadən xəbər verir ki, ölkə boyu keçirilən aksiyalar zamanı həlak olanların sayı 20-yə çatıb.

Onlardan 19-u mülki şəxs, biri isə hüquq-mühafizə orqanlarının əməkdaşı olub.

Daha 51 nəfərin isə yaralandığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl aksiyalar zamanı 3 nəfərin öldüyü qeyd olunurdu.

Gununsesi.info