İrandan 4 ölkəyə xəbərdarlıq – “Məhv edərik”

  • By admin
  • 26 Noyabr 2019 08:15

İranda etiraz aksiyalarında ölənlərin sayı çoxalaraq 143 nəfərə yüksəlib.

Gununsesi.org  “Sputnik Türkiyə”-yə istinadən xəbər verir ki, ötən gün aksiyalarda itirak edən 1000-dək insan saxlanılmışdı.

İran ölkədəki mitinqlərə görə ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanına da xəbərdarlıq edib. İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) generalı Hüseyn Səlami belə bir bəyanatla çıxış edib:

“ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanına səslənirəm: bizi meydanda sınadınız və güclü sillə yediniz. Gözləyin. Qırmızı xətlərimizi keçsəniz, sizi məhv edərik”.

Qeyd edək ki, İranda benzinin qiyməti 50% bahalaşandan sonra bir sıra şəhərlərdə etirazlar başlayıb.

Gununsesi.org