İranın mədəniyyət naziri Azərbaycana gələcək

  • By admin
  • 08 İyun 2018 18:53

İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni Azərbaycana səfər edəcək.

Gununsesi.info Trend-ə istinadən bildirir ki,  nazir iyunun 27-dən iyulun 1-dək Bakıda keçiriləcək İran mədəniyyət günlərinin açılış mərasimində iştirak edəcək.

Tədbirdə Buşəhr şəhərindən “Liyan” ənənəvi musiqi qrupu, eləcə də Hörmüzgan əyalətinin teatr qrupu iştirak edəcək.