İranın Müdafiə naziri ABŞ-ı hədələdi - "Onlara qətiyyətli cavab veriləcək”

  • By admin
  • 20 May 2020 13:31

“ABŞ-ın İranın neft tankerlərinə təcavüzünə qətiyyətli cavab veriləcək, bunu amerikalıların özləri də çox yaxşı bilirlər”.

Gununsesi.org-un məlumatına görə, bunu İranın Müdafiə naziri general-mayor Əmir Hatəmi deyib.

Onun sözlərinə görə, neft tankerlərinə qarşı atılacaq hər hansı addım beynəlxalq qanunlara ziddir. 

“Düşünürəm ki, beynəlxalq təşkilatlar və qurumlar ABŞ-ın bu kimi addımlarına qarşı ölçü götürməlidir. Bu, bir növ dəniz piratçılığıdır. Bizim siyasətimiz bu sahədə şəffafdır”, – deyə nazir vurğulayıb.

 

Gununsesi.org