İranın raket sınağı uğursuz olub

  • By admin
  • 31 Yanvar 2017 10:45

iran
Bazar günü İran İslam Respublikasının ortamənzilli ballistik raketinin sınaq buraxılışı cəhdi uğursuz olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri də təsdiqləyiblər.

Belə ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, raketin sınağına Tehranın 180 kilometr şərqində yerləşən Semnan meydandan başlamağa səy göstərilib. İranın yerli istehsalı olan “Horamşahr” adlı raketi sınaqdan çıxarmağa cəhd edilib. “Horamşahr” adlı ortamənzilli ballistik raket, havada partlamadan öncə 965 kilometr məsafəni qət edib.

Jurnalistlərin suallarını cavablandıran Ağ Evin mətbuat katibi Sin Spaser bildirib ki, İranın ortamənzilli ballistik raketinin sınaq buraxılışı cəhdi etdiyi barədə onların məlumatı var, hazırda araşdırmalar aparılır.

Anar

Gununsesi.info