İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi gələn həftə növbəti dəfə Azərbaycana səfər edəcək.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, iranlı nazirin ölkəmizə səfəri dekabrın 19-da nəzərdə tutulub.
İranlı nazirin bu dəfəki səfərində məqsəd dekabrın 20-də Bakıda keçiriləcək üçtərəfli Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin görüşündə iştirak etməkdir.
Səfər zamanı iranlı nazirin Azərbaycan prezidenti, azərbaycanlı və türkiyəli həmkarı ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Azərbaycan-Türkiyə-İran XİN başçılarının görüşünün yekunu olaraq Bakı Bəyannaməsi qəbul olunacaq.
Mürtəza
Gununsesi.info