İranla Rusiyadan birgə Qarabağ AÇIQLAMASI

  • By admin
  • 13 Aprel 2021 16:24

Rusiya xarici işlər naziri Sergey Lavrov İrana səfər edib.

Gununsesi.info İranın “İrna” agentliyinə istinadən xəbər verir ki, Tehranda Lavrov iranlı həmkarı Cavad Zəriflə görüşüb.

“İran və Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli əsaslarla uzunmüddətli siyasi nizamlanmasını dəstəkləyir”-deyə Lavrov açıqlamada deyib. Cavad Zərif də rəsmi Tehranın Moskvanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bölüşdüklərini açıqlayıb.