İranla sərhəd kəndlər nəzarətə götürüldü - TƏCİLİ MÜHAFİZƏ

  • By admin
  • 13 İyun 2016 11:11

lerikk

 

İran İslam Respublikasında heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə əlaqədar Lerik Rayon Baytarlıq İdarəsinin əməkdaşları müvafiq mühafizə tədbirləri görməyə başlayıblar.

Gununsesi.info xəbər verir ki, İranla həmsərhəd olan rayonda heyvanlar arasında dabağin yayılma riski yüksək olduğundan iri və xırdabuynuzlu heyvanların kütləvi vaksinasiyasına başlanılıb.

Rayon Baytarlıq İdarəsinin 4 nəfərlik baytar-həkim briqadası sərhəddə yerləşən 20 kəndi nəzarətə götürüb.

İndiyədək ərazidə mal-qara arasında heç bir xəstəliyin aşkarlanmadığı bildirilir.

İdarənin rəisi Gülmirzə Tağıyevin sözlərinə görə, dabaq virus xəstəliyi olduğundan geniş yayılır.

Lerikdə vaksinasiya işləri ümumilikdə 40 minədək iribuynuzlu və 130 mindən artıq xırdabuynuzlu heyvanı əhatə edəcək. (APA)

mal-qara