
“Xəritələr dəyişməyəcək”.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu “İraq Kürdüstanı”nın lideri Məsud Bərzaninin sözçüsü Sifan Dizai İraqın Şimalında kürdlərin müstəqillik referendumu keçirməsi ilə bağlı məsələ aydınlıq gətirərkən deyib.
O, deyib ki, artıq referendumun vaxtı bəlli olub:
“Referendum bu ilin sentyabr ayının 25-də keçiriləcək. Bununla bağlı da İranla, Türkiyəylə, rəsmi Bağdadla danışılıb, onlara məlumat verilib. Burada da hər hansı bir problem yoxdur və olmayacaq. Çünki xəritələr dəyişməyəcək”-deyə, S. Dizai sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info










