İraq Türkmanları Cəbhəsinin lideri: "Kürdlər referendum keçirsələr də savaş olacaq, keçirməsə də"

  • By admin
  • 16 İyul 2017 08:23

murtaza

Bir qrup azərbaycanlı jurnalist ankara səfəri zamanı İraq Türkmanları  Cəbhəsinin  lideri, millət vəkili Ərşad Salihi ilə görüşüb. Görüş zamanı  Yaxın Şəqrdə, İraq, Suriya, bu bölgədə yaşayan türkmanların durumu, üzləşdikləri problemlər, xüsusən də kürdlərin problemlərinin aradan qaldırılması, kürdlərin sentyabrda planlaşdırdığı referendum məsələsi və digər məsələlər ətrafında bir firki mübadiləsi apardıq.

İndi Gununsesi.info  İraq Türkmanları Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Ərşad Salihi ilə söhbəti təqdim edir.

Bölgədə yeni mərhələ başlanıb

İlk olaraq media vasitəsi ilə Azərbaycan xaqlına salamaını spyləyən Ərşad Salihi  Azərbaycan xalqının İraq və Suriya terkmənlərinə verdiyi mənəvi dəsətəyə görə minnətdarlığını bildirdi.

“Bölgəyə gəldikdə isə demək istərdim ki, 2003-cü ildən bölgədə, xüsusən də İraqda başlanan proses yeni bir mərhələyə qədəm qoyub. Əgər 2003-cü ildə İraqda başlanan prosesdə bölgəyə Əl-Qaidəni gətirməklə, bölgədə dini məzhəblərarası təfriqə salınaraq toqquşma yaradıldısa, 2014-cü ildə Əl-Qaidənin İŞİD-ə transformasiya etməklə bu məzhəbsəl savaş daha kəskin bir mərhələyə keçirildi. İŞİD Əl-Qaidədən fərqli olaraq təkcə İraqda deyil,   həm də Suriyada bu siyasəti həyata keçirdi”-deyə, Ə.Salihi vurğuladı. O, əlavə etdi ki, bir zamanlar ərəb dünyasında başlanan prosesi “Ərəb baharı” adlnadıranların  bu  fikri özünü doğrultmadı və əksinə  bu ərəblər üşün “Son bahar” oldu: “Bahar firəvanlıq, gözəllik rəmzidir. Biz isə bunun əksinin şahidi olduq. İŞİD-in niyyəti isə bölgədə böyük güclərinin marağına xidmət etməklə İraq və Suriyanı parçalamaq idi. İŞİD bur  missiyanı başa vurub və ona görə  də bu terrorçu təşkilatı aradan götürmək qərarına gəliblər. Hazırda İŞİD Mosuldan çıxarılmaq üzrədir”.

İŞİD bitdikdən sonra üçüncü mərhələ başlayacaq

Ə. Salihinin fikrincə, İŞİD bitdikdən sonra bölgədə növbəti mərhələyə start veriləcək və bu proses artıq başlanıb: “Bu da İraq və Suriyanın parçalanma məsələsidir. Milli, məzhəbsəl savaşlar növbəti mərhələdə özünü referendumlar fromasında meydana gələcək. Çünki  referendum bölgəni daha qorxunc təhlükələrə sürürkləyir”.

Türknanların kürdlərin referendum məsələsi ilə bağlı mövqeyinə gəldikdə Ə. Salihi deyib ki, biz türkmanlar İraqın şimalında  kürdlərin referendum keçirməsinin qəti əlehinəyik.

Referendum olsa da , olmasa da savaş olacaq

“Kürdlər referndumu keçirsələr də savaş olacaq, keçirməsə də. Referenduma maneçilik olduğu təqdirədə kürdlər, baş tutuacağı təqdirdə isə qarşı tərəf  müqavimət göstərməli olacaq. Bu da  bölgədə  yeni bir  savaşa yol açacaq”- deyə, o, vurğulayıb.

Yarancaq durumla bağlı ərəb ölkələrinin  İraqla  bağlı  vahid bir mövqeyinin olmayacağından narahatçılığını ifadə edən Ə. Salihi bildirib ki, əgər  əvvəllər ərəb ölkələrinin zəif də olsa İraqın ərazi bütölüyün dəstəkləməsi ilə bağlı bir mövqeyi vardısa, hazırda belə bir mövqe də ortada yoxdur və biz bunu görmürük. “Bu gün İraqın ərazi bütövlüyünü aktiv şəkildə dəstəkləyə Türkiyə və İrandır. Bu ölkələr də ona görə İraqın ərazi bütövlüyünü dəstəkləyirlər ki, ölkə parçalanmasından onlar da ziyan görəcək. Odur ki,  bizi qarşı da heç də yaxşı olmayan proseslər gözləyir” –deyə,  türkmən lideri qeyd edib.

Bölgədəki prədəarxası oyunlar: Kürdlərə yaşlıq işıq

ABŞ-ın və digər güclərin bölgədəki proseslərdə rolu, maraqları və sabitliyin yaradılması istiqamətindəki addımlarına gəldikdə Ə. Salihi hesab edir ki, bölgədə   həm region ölkələrinin, həm də beynəlxalq güclərin maraqları var və bu güclər, ölkələr maraqlarını təmin etmək üçün mübarizə aparır: “Sanki marağı olan güclər bölgədə marağını təmin etmək üçün bir araya gələrək anlaşa biliblər.

Amerikanın bölgədə marağına gəldikdə, kürdlərin referendum keçirməsi məsələsingə gəldikdə deyə bilərəm ki, hələ ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden kürdlərin  ayrılmasının və bununla bağlı referendum keçirməsini  bəyan edib və dəstəkləyib. Lakin sonradan  göstərilən təpki  nəticəsində Amerika tutduğu mövqedən geri çəkildi. İndki şəraitdə Amerika kürdləri açıq dəstəkləmir və bunuda bəyan edirlər. Kürdlərin referendum məsələsini Avropa ölkələri də dəstəkləmədi. Ona görə də kürdlərin liderlərindən biri olan Məsud Bərzanı Brüsselə səfər edərək dəstək alamq üçün orada danışıqlar apardı. Kürdlərə açıq dətsək verilməsə də, ancaq onlara yaşıl işıq yandırıldığı da  görürük. Bizim gördüyümüz ondan ibarətdir ki, pərdə arxasında  ciddi oyunlar gedir”.

Referendum kürdləri param-parça edib

Referendum məsələsi reallaşacağı təqdirdə, türkmanların gələcək taleyi  və hansı addımlar atmasına gəldikdə Ə.Salihi bildirib ki, ona görə  türkmənlər də öz hüquqlarını müdafiə etmək istiqamətində səylərini davam etdirir və mübarizə aparır: “İlk olaraq türkmanların birliyinə nail olub, birgə mübarizənin yollarını müzakirə edirik. Və şükürlər olsun ki, türkmanların birliyinə nail ola bilmişik. Bu gün İraqda vahd mövqe sərgiləyən yeganə xalq türkmanlardır. Düzdür, türkmanları parçalanmış formada göstərməyə çalışırlar. Ancaq kimsə deyə bilməz ki, bu gün hansısa türkman təşkilatları bir-birinə qarşı olub. Biz də müxtəlif siyasi partiyalar olsa da, əsas strateji hədəfdə eyni mövqedən çıxış edirik. Məhz bunun nəticəsi olaraq bir müddət öncə bütün türkmən siyasi paatiyalarırnın və təşkilatlarının iştirakı ilə böyük türkmən qrultayı keçirdik və orada 9 nəfərdən ibarətbir Koordinasiya Şurası yaratdıq”.

Salihi onu da əlavə edib ki, İraqda xalqların ümumi vəziyyətinə baxdıqda, birlik baxımından türkmənlər vahid mövqe sərgiləyirlər: “Burada ən dağınıq şəkildə olan elə kürdlərin özləridir. Kürdlər referendum məsləsində param-parça olublar. Məsələn Cəlal Tələbani və onun partiyası, digər kürd icmaları da referendumun əleyhinədir. Yeganə olaraq Bərzanının tərəfdarları referendumu dəstəkləyir.

İraqın ərəb sünnilərinə gəlikdə isə bu təbəqə hazırda ölkənin ən zəif və dağını qüvvəsidir. Hansı ki,İraqın sünni ərəblərinin heç ir siyasi təşkilatı mğvcud deyil.

Sadəcə İraqda müyyən mənada şiə ərəblər  dini məzhəb cəhətdən möhkəmdirlər. Məzhəbi mərkəzlər baxımından şiələr güclü olsalar da, siyasi təşkilatlar baxımından daxillərdində ciddi fikir ayrılıqları mövcuddur. Aralarında ciddi ixtilafları var”.

Türkmanlara beynəlxalq dəstək yoxdur.Türkmanlara dstək olarsa, bölgədəki  həyata keçirilən məkrli planlar alt-üst olar

Bölgədə baş verən proseslərdən ən çox hüquqları pozulan və bölgədə sabitliyin bərqərar olması üçün səy göstərən türkmənlər olsalar da, onlara hər hansı beynəlxalq dəstəyin olmamasından narahatçılığını ifadə edən Ə. Salihi deyib ki, baxmayaraq monolit dəstə türkmanlardır, bununla belə onlara beynəlxalq dəstək yoxdur: “Türkmənlərə beynəlxalq dəstəyin və yardımın olmaması nəticəsində ın çox hüququ pozulan da elə türkmanlardır. Bunun da səbəbi sadədir. Əgər beynəlxalq aləm Türkmanlara dəstək verəsə, o zaman böyük güclərin bölgəni parçalama planları puça çıxa bilər. Axı İraq türkmanları İraqın ərazi bütövlüyünü dəstəkləyir. Bu isə  blgədə marağı olan güclərin marağına xidmət etmir.

Bununla bağlı Amerikada, Avropa ölkələrində görüşlər keçirsəm də nəticəsi olmayıb. Bizə dəstək verən olamdı”.

Azərbaycan və bütün türk dünyasından gözləntilərimiz var

 

Ə. Salihi deyib ki, bu gün Türkmanlara yeganə  dəstək verən dövlət Türkiyədir:  “Mənim bir İraq Türkmanlarının rəhbəri kimi bütün türkdilli döltələrə və xalqlara  bizi dəstəkləmək barədə müraciətim olub”.

Türkmanların üzləşdiyi durumda Azərbaycandan dadəsətk gözlədiyini açıqca dilə gətirən Ə.Salihi deyib ki, biz Azərbaycanda da  bu haqq davamızda dəstək gözləyirik: “ Düzdür, xalq səvyəyidnə belə bir  dəstək olsa da, rəsmi dövlət səviyyəsində belə dəstəyi görmürük.  Azərbaycan dövləti heç olmazsa bizə mənəvi dəstək versin. Bizə zatənmənəvi dəstək yetər”.

Ə. Salihi  əlavə edib ki, Azərbyacan parlamentində İraq türkmanlarının vəziyyəti bir neçə dəfə qaldırılıb: “Bizim  məsələləri türkmanların həm Azərbaycanda, həm də Türkiyədəki elçisi olan deputat Qənirə Paşayeva bir neçə dəfə bu məsələni gündəmə gətirib. O biizm böyk elçimizidr. Bizkm bu gün bütün türk dünyasından gözləntilərimiz var”.

Türkçülüyünü qoruya bilməyən toplum başqasının köləsi olar

Ə.Salihi deyib ki, yaranmış durumdan çıxamaq  üçün və gələcək fəaliyyət istiqamətlərinizi isə iki istiqamətdə qurmuşuq: “Birincisi, hüquqi, ikincisi isə siyasi istiqamətdə.

Hüquqi müstəvidə mübarizəyə gəldikdə deyə bilərəm ki, biz Bağdada müraciət edərək kürdlərin referendum məsələsinin  qarşısının alınmasını, eyni zamanda Kərkükdə  rəsmi idarə binaları üzərindəki kürd bayraqlarının çıxarılmaını tələb etmişik.

İkinci istiqamət siyasi istiqamətdir ki, bu yolla beynəlxalq aləmin diqqətini kürdlərin referendum məsələsinə cəlb etməklə, bölgədə daha dəhşətli facilərə yol açılmamasının qarşısını almağa nail olmaq. Hesab edirik ki, referendum gerçəkləşib, krdlərin bölgədə ilhaqı baş verərəs, o zaman eyni qanlı toqquşmalar baş verəcək”.

O deyib ki, biz buna hazır olmalıyıq: “Düzdür biz bunu istəmirik. Əgər toqquşma baş verəsəsə  kürdlərinin itkisi çox

olacaq. Kürdlərin referndumu bölgədə yeni xəritələrin cızılmasına yol aça bilər ki, bu da daha ağır fəsadlara gətirib çıxarar”.

Ə.Salihi deyib ki, bölgəni parçalamaq planını qarşıya hədəf qoyan güclərin əsas niyyətlərindən biri Türkmanları yaşadıqları əraziləri parçalayaraq müxtəlif ərazilərin tərkibinə qamaqdır və bunun üçün də çeşidli məkrli planlar həyay keçirirlər: “Təsəvvür edin Suriyada Telafer türkmanların yaşadığı ərazilərdir. Telaferə İŞİD-i gətriməklə türkmanları oradan çıxardılar. İŞİD-i isə oradan çıxarmaq üçün PKK-nın qolu olan YPG gətirildi və indi orada YPG  oturur. Yəni bu türkmanların bölgədən sıxıdırılıb çıxarılması  və parçalanması oyunun tərkib hissəsidir. Telafer ətrafındaki ərəblər isə oradan Rakkaya köç etdilər, sonra isə İŞİDİ-i Rakkadan çıxarmaqla YPG-ni ora hakim etdilər. Bax indi bəzi güclər İŞİD-in  nəzarətindən çıxan bölgələri YPG-yə verməklə yeni oyunlara başlayırlar. Belə bir tale bizi İraqda Kərkükdəki Telaferdə də gözləyir. Çünki buradakı Telafer həm yeraltı, həm də yerüstü  zənginliklərə malik bir bölgədir. O baxımdan Telafer bir strateji ərazi hesab olunur. Biz türkmanlar Telaferin belə bir problemlə üzləşməməsi üçün Bağdaddan burada ordusunu qurub, bu bölgənin təhlükəsizliyinin təmin olunmasına çalışırıq”.

Ə. Salihi belə olan vəziyyətdə yeganə çıxış yolunu Suriya və iraq türkmanlarının bir araya gəlməsidir.

O deyib ki, artıq bu istiqamətdə müəyyənlər prosesləri başlatmışıq. “ Suriya və İraq türkmanlarının fəaliyyətlərinin koordinasoya olunması istiqamətində işlərimiz gedir. Eyni zamanda  Türkman Eli Cəbhəsi adlı bir portal yaratmışıq və internet resursları üzərində fəaliyyətimizi və təbliğatımızı aparırıq. Artqı Suriyadan Bayır Bucaqdan başalamış İraqd türkmanlarının əraziləri əhatə edən bir xəritə də hazırlamışıq. Düzdür, bu plan  gələcək perspektivə hesablanan bir strateji addımdır, ancaq bu lazımdır və bu istiqamətdə işlər getməlidir. Biz indi türkmanlar arasında əlaqələrin daha da sıx olması üçün işlər görürük və fəaliyyətimizi bu istiqamətdə qurmuşuq.Çünki artıq bizim başqa seçənəcəyimiz qalmayıb.Əks təqdirdə bölgədə yaşanan proseslərdən ən ziyanlı çıxan bizlər olarıq”- deyə, o vurğulayıb.

O qeyd edib ki, bu gün bir türk toplumu türkçülüyün itirmiş olarsa, gələcəkdə başqasının köləsi olar: “Bunu Azərbaycanda yaxşı bilirlər. Necə ki, bir zamanlar Azərbaycan rusiyanın əsarətində olublar. Şükürlər olsun ki, bu gün müstəqilliyinə qovuşub. Ona görə də biz də türkmanalrı bir araya gətirib bir güc oluşdurmaq niyyətindəyik. Bununla da özümüzü  qorumaq istəyirik”.

Bölgənin təhlüksizliyi üçün Ankara və Tehran bir araya gəlməlidir. Əks təqdirdə bölgə cəhənnəmə çevrilə və bundan daha çox İran və türkiyə əziyyət çəkər

Türkiyə İran anlaşabilmdiyindən bölgəyə digər güclər, Ruslar və amerikanlar girdi

Ə.Salihi deyib ki, əgər  Suriyada proseslərin başlandığı ilk illərdə Türkiyə ilə İran analaşıb bölgədə təhlükəsizlik zonası yarada bilsəydilər, o zaman digər güclər, xüsusən Amerika və Rusiya bölgəyə girməyəcəkdi: “Türkiyə və İranın Suriyadakı proseslərdə anlaşa bilməməsi Amerika və Rusiyanın bu ölkəyə girməsinə səbəb oldu. Bax bunun nəticəsində də YPG meydana gəldi. Hansı ki, bundan həm İran, həm Türkiyə ziyan çəkir”.

Ə. Salihi onu da əlavə edib ki, hələ də gec deyil: “Əgər Türkiyə və iran bölgədə maraqlarını uzlaşdırıb bir araya gələrlərsə, yenə də bölgənin təhlükəsizliyinin təmin olunmasında əsas gecə malik dövlətlər ola bilərlər. Yoxsa, bölgədə parçalanma meylləri güclənə bilər və bölgə  daha böyük cəhənnəmə çevrilə bilər. Bundan da daha çox ziyan çəkən yenə bu ölkələr olar”.

Mürtəza Bünyadlı

Gununsesi.info