İraqda ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb

  • By admin
  • 16 Mart 2018 09:00

İraqın şimalında ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, “HH-60 Black Hawk” tipli helikopterin göyərtəsində 7 hərbçi olub. Onların hamısının öldüyü bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Hadisə yerinə xilasedicilər göndərilib. İnsidentin səbəblərinin araşdırılmasına başlanılıb.

“HH-60 Black Hawk” tipli helikopter hərbçilərin tibbi təxliyəsi üçün nəzərdə tutulub.

Gununsesi.info