İraqda atışma baş verib

  • By admin
  • 29 Oktyabr 2017 21:55

Gununsesi.info xəbər verir ki, Ərbil şəhərində, İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma baş verib.

Məlumata görə, Məsud Bərzaninin tərəfdarları parlamentə hücum edib. Muxtariyyətin güc strukturları hücumun qarşısını alıb

Lakin İraq Kürdüstanı parlamentinin mətbuat katibi yayılan məlumatın şayiə olduğunu bildirib.

Qeyd edək ki, bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib. M. Bərzaninin istefa barədə məktubu muxtariyyət parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb.

Gununsesi.info