İraqda terror aktı törətməyə cəhd göstərən 25 qadın kamikadze tutulub

  • By admin
  • 17 İyul 2017 11:02

04

İraqın ikinci böyük şəhəri Mosul İŞİD Terror Təşkilatından azad edildikdən sonra hərbçilər terrorçuların şəhərdə qazdıqları tunellərin birində gizlənən 25 nəfər qadını saxlayıblar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların üzərlərinə baxış zamanı silah və partlayıcı kəmər aşkar olunaraq götürülüb.

Belə ki, saxlanılanlardan üçü milliyyətcə türkdür. Yerdə qalanları isə digər xarici ölkələrin vətəndaşlarıdır.

Qeyd edək ki, ötən həftə İraqın ikinci böyük şəhəri Mosul İŞİD Terror Təşkilatından tam azad edilib.

Anar

Gununsesi.info