İraqın paytaxtı Bağdad şəhərində terror aktı baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Alghad Press” portalı məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın mərkəzi yaşayış məntəqələrindən birində baş verib. Minalanmış avtomobilin partladılması zamanı 10 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Hadisəyə görə məsuliyyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Gununsesi.info