İraqdan Azərbaycana TƏBRİK

  • By admin
  • 23 Noyabr 2020 09:54

İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salehi Azərbaycana təbrik ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, təbrikdə 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanan Dağlıq Qarabağ bölgəsinin azadlığa qovuşması məqsədilə Qərhrəman Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatlarının tarixi uğurlarla aparıldığına şahid olduqları bildirilib.

“Azərbaycan Prezidenti İlham Əliyevin liderliyində effektiv şəkildə aparılan siyasi və diplomatik görüşlər nəticəsində Ermənistanın təslim olması ilə həm meydanda, həm də masada qazancların əldə edilməsi və beynəlxalq hüquq qaydalarına zidd olaraq işğal olunan Azərbaycanın öz torpaqlarını azad etməsi tarixi zəfərdir”, – açıqlamada deyilir.

Ə.Salehi 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs razılaşmasının bölgəyə və bütün Qafqaza sülh və rifah gətirməsini təmənna edib.

Gununsesi.info