İraqdan zəfər açıqlaması – Bütün torpaq azad edildi

  • By admin
  • 09 Dekabr 2017 21:00

 

İraq Baş naziri Heydər əl-Abadi İŞİD işğalı altındakı bütün torpaqların azad edildiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, baş nazir ölkənin hər yerinə İraq bayrağının asıldığını bildirib.

Məlumata görə, hazırda İŞİD-in vurduğu ziyanın aradan qaldırılması üçün yenidənqurma işləri aparılır.

Qeyd edək ki, İŞİD 2014-cü ildən etibarən İraqın bir çox şəhərini işğal etmişdi. Terror təşkilatına bu ilin ikinci yarısında ağır zərbələr vurularaq torpaqlar azad edilib.

 

Gununsesi.info