İş adamları pullarını Türkiyədən çıxarır

  • Müəllif: admin
  • 05 Dekabr 2017 13:25

 

Türkiyədə lirənin son illərdə rekord səviyyədə dəyər itirməsi ölkə iqtisadiyyatında gərginliyi daha da artırır. Nəticədə ölkədən kapital axını yüksəlib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan müvafiq hökumət qurumlarının ölkədən kapital çıxışının qarşısının alınmasına çağırıb: “Bu ölkədə qazanıb və bu ölkənin ehtiyatlarını xaricə çıxaranlara diqqətlə baxmalıyıq. Mərkəzi Bankın vaxtilə ehtiyatları 27.5 milyard dollar idi. 136 milyard dollara yüksəldə bildik. Son aylar rezervlər 120 milyard dollardır”.  

Beləliklə, lirənin qeyri-sabitliyi Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarını 16 milyard “yeyib”.

“Türkiyənin tədiyyə balansının durumunu analiz edəndə lirənin sabitsizliyinin səbəbləri daha aydın görünür. Bu lin 9 aynda cari hesablar balansının (cari açıq) defisiti 7 milyard dollar artaraq 31 milyard dolları ötüb”.

Gununsesi.info bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevə istinadən xəbər verir. 

İqtisadçının sözlərinə görə, birbaşa investisiya formasında ötən il 9 ayda ölkəyə 9 milyard dollardan bir qədər çox vəsait daxil olub: “Bu ilin eyni dövründə 1.7 milyard dollar azalma var. Portfel sərmayələrdə artım olsa da, “digər yatırımlar” maddəsi üzrə də azalma var. Nəticə etibarı ilə 2017-ci lin 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 469 milyon dollar azalıb, ötən ilin eyni dövründə əksinə – 5.6 milyard dollar artım olmuşdu”.

R.Ağayev qeyd edir ki, ötən il Türkiyədə uçota alınmayan kanallarla 3.5 milyard dollar vəsait daxil olub: “Bu il isə əksinə – eyni kanallarla ölkədən 930 milyon dollar çıxıb”.

Vüsalə

Gununsesi.info