İş axtaranların NƏZƏRİNƏ

  • Müəllif: admin
  • 06 Fevral 2020 11:13
Xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) müqavilə əsasında işçi qəbulu elan edib.

DİM-dən Gununsesi.org-a verilən məlumata görə, namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:

– Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;

– Azərbaycan və rus dillərini bilmək;

– Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;

– Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;

– Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;

– Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.

İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2020-ci il fevralın 10-dək qabiliyyet@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Gununsesi.org