İsa Qəmbərdən xəbər var -ARİF HACILI SABİQ MÜSAVAT BAŞQANININ YANINDADIR

  • Müəllif: admin
  • 03 Mart 2018 12:17

Ürəyində yaranmış problemlərə görə, Türkiyəyə gedən sabiq Müsavat başqanı İsa Qəmbərdən xəbər var.

Gununsesi.info-nun xəbərinə görə, İsa Qəmbərlə birlikdə olan Müsavat başqanı Arif Hacılı onun səhhətinin yaxşı olduğunu deyib:

“İsa bəylə Ankarada, Hacettepe Universitetinin xəstəxanasındayıq. İsa bəyin səhhəti normaldır. Özünü yaxşı hiss edir. Dostlara salamları var. Müayinələr və müalicə bir neçə gün də davam edəcək. Birilərinin İsa bəyin səhhəti ilə bağlı açıqlamaları yalandır. Həmişəki kimi arzularını həqiqət kimi qələmə verməklə məşğuldular. Dostlar əmin olsunlar ki, hər şey yaxşıdır. Biz Türkiyə səhiyyəsinə güvəndiyimiz üçün buradayıq. İsa bəyin səhhəti tam bərpa olunacaq. Yaxın vaxtlarda Bakıya dönüb Azərbaycan uğrunda davamızı daha böyük ruh yüksəkliyi ilə davam etdirəcəyik”.

Gununsesi.info