İşdən çıxarılan qadın özünü öldürmək istədi

  • By admin
  • 12 Avqust 2017 17:05

1496867530-4426
Tovuz sakini sirkə turşusu içərək intihara cəhd edib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Dondar Quşçu kənd sakini, 1960-cı il təvəllüdlü Tamella Səfərova sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, T. Səfərova xadimə işlədiyi yerdə işdən çıxarıldığına etiraz edərək sirkə turşusu içib və intihara cəhd edib.

Gununsesi.info