“İşgüzar qızlar” adlı yarış keçirilib

  • By admin
  • 07 Mart 2017 16:55

gun

Martın 7-də Respublika Uşaq Yaradıcılıq Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “İşgüzar qızlar” adlı yarışma keçirilib.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yarışmada “Gənc dizayner” dərnəyinin dərnək üzvləri iştirak edib. Altı tapşırıqdan ibarət olan bu yarışmada iştirakçı gənc qızlar iki komandaya bölünüb.

İştirakçılar düymə tikib, gül toxuyub, şeir söyləyib, şəkərburaya naxış vurub, xonça bəzəyiblər. Dərnək üzvlərinin ifasında rəngarəng mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.

Sonda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, diplomlarla təltif olunublar.

Anar
Gununsesi.info