İŞİD-ə qarşı əməliyyat - 14 nəfər saxlanıldı

  • By admin
  • 31 Yanvar 2023 11:31

Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat paytaxt Ankara şəhərində gerçəkləşdirilib.

Məlumata görə, eyni vaxtda müxtəlif ünvanlarda keçirilən əməliyyatda ümumilikdə 14 nəfər saxlanılıb.

Saxlanılanların xarici ölkə vətəndaşları olduğu bildirilib. Hazırda araşdırmalar davam etdirilir.

Bundan sonra da terrorçuluqla qətiyyətlə mübarizə aparılacağı qeyd olunub.

Gununsesi.info