İŞİD-ə qoşulan azərbaycanlının şikayəti qəbul olunmadı

  • By admin
  • 14 Sentyabr 2017 20:02

isid-

Bu gün Bakı Apellyasiya Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Nicat Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
İttihama görə, N. Əhmədov Suriya və İraqda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2015-ci ilin iyunun 21-də Türkiyəyə, oradan Suriyaya gedib. N. Əhmədov Suriyaİraq və Azərbaycanın qanunvericilikləri ilə nəzərdə tutulmayan “İraq-Şam İslam Dövləti” – “İŞİD” adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçib.

N. Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info